"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri oyun üçün satışa çıxarılmış biletlərlə bağlı yaranmış texniki problemə münasibət bildirib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri oyun üçün satışa çıxarılmış biletlərlə bağlı yaranmış texniki problemə münasibət bildirib. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında azarkeşlərdən yaranmış problemə görə üzr istəyib:
 
"Klub tərəfindən hansısa çatışmazlıq olubsa, azarkeşlər üzrlü saysınlar. Klub hər şeyi edir ki, fanatlar narazı qalmasın. Təəssüflər olsun ki, stadionda yalnız 28-30 min azarkeş olur. Azərbaycanda futbola maraq artıb. Bizdə futbolu sevirlər və azarkeşlər var. Sadəcə, onları küsdürmək olmaz. Fanatların futbola olan sevgisini görürük. İşimizi elə qurmalıyıq ki, sevgi davam etsin. Azarkeşləri alqışlayıram. Bizə olan inamlarını göstərirlər. Baş verənlərə narazılıq deməzdim. İstərdim ki, fanatların hamısı stadionda olsun. İnanıram ki, gələcəkdə futbolumuz və çempionatımız daha yaxşı səviyyəyə çatacaq".
 
Sabah Tofiq Bəhramov adına Respublik stadionunda keçiriləcək "Qarabağ" – "Viktoriya" matçına saat 20:45-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 23-də Plzendə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest