Türkiyənin "Kasımpaşa" komandasının baş məşqçisi Sami Uğurlu istefa verib. Matc.az xəbər verir ki, o, bu barədə Super Liqanın 2-ci turu çərçivəsində baş tutan "Fənərbaxça" ilə ev oyunundan sonrakı mətbuat konfransında jurnalistlərə açıqlama verib.
 
İstefaya "Kasımpaşa"nın "Fənərbaxça"ya biabırçı hesabla (0:6) uduzması səbəb olub. Komanda yeni mövsümün ilk turunda da "Başakşəhər"ə 0:4 hesabıyla məğlub olmuşdu.
 
Sami Uğurlu 2021-ci ilin dekabrından "Kasımpaşa"ya rəhbərlik edirdi.
 
Bu, Super Liqanın yeni mövsümündə ilk baş məşqçi istefasıdır. Klub hələlik bu barədə rəsmi açıqlama yaymasa da, gənc mütəxəssisin istefasının qəbul olunacağı şübhə doğurmur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest