Dortmund "Borussiya"sı hücumçusu Ceymi Bayno-Gittenslə müqaviləni uzadıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı ingilislə yeni müqavilə 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
 
Bayno-Gittens 2020-ci ilin sentyabrında "Mançester Siti"nin akademiyasından "Borussiya"ya qoşulub. O, bu mövsüm komandanın 2 oyununda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest