"Neftçi"nin müdafiəçisi Azər Salahlı 5-ci sağ ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə bu gün əməliyyat olunub. Matc.az xəbər verir ki, cərrahi əməliyyat klubun sağlamlıq sponsoru "Liv Bona Dea Hospital"ın xəstəxanalarından olan "Liv Hospital Vadistanbul"da uğurla həyata keçirilib.
 
28 yaşlı futbolçu təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.
 
Xatırladaq ki, Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilmiş "Rapid" – "Neftçi" matçının ilk hissəsində zədələnərək əvəzlənən Salahlı "Liv Bona Dea Hospital"ın Bakıda yerləşən xəstəxanasında müayinədən keçmişdi. Nəticədə, onun sağ ayağında sınıq tapılmış və əməliyyat olunması ilə bağlı qərar verilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest