Bu gün UEFA çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.

İsrailin "Makkabi" (Hayfa) klubu Serbiya "Srvena Zvezda"sı ilə, Ukraynanın "Dinamo" (Kiyev) kollektivi isə Portuqaliya "Benfika"sı ilə görüşüb. "Dinamo" evdə, "Srvena Zvezda" səfərdə məğlub olub.

UEFA çempionlar Liqası
Pley-offun ilk oyunları
17 avqust

Qarabağ (Azərbaycan) – Viktoriya (Plzen, çexiya) 0:0

Makkabi (Hayfa, İsrail) – Srvena Zvezda (Serbiya) 3:2
Qol: Pyerro, 18; 51. çeri, 61 – Peşiç, 27. Kanqa, 40.

Dinamo (Kiyev, Ukrayna) – Benfika (Portuqaliya) 0:2
Qol: Jilberto, 9. Ramos, 37.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest