UEFA ötən mövsümün ən yaxşı qadın futbolçusu adına namizədlərin yekun siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda 3 oyunçu yer alıb.
 
Bunlar İngiltərə "Arsenal"ının hücumçusu Bet Mid, Almaniya "Volfsburq"unun forvardı Lena Oberdorf və İspaniya "Barselona"sının yarımmüdafiəçisi Aleksiya Putelyasdır.
 
Mövsümün ən yaxşı qadın baş məşqçisi adına isə Fransanın "Olimpik" (Lion) klubundan Sonya Bompastor, Almaniya millisindən Martina Foss-Teklenburg və İngiltərə yığmasından Sarina Viqman iddia edir.
 
Qaliblərin adları avqustun 25-də çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Tədbir Türkiyənin İstanbul şəhərində baş tutacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest