İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni qapıçı ilə gücləndirmək istəyir. Matc.az xəbər verir ki, "qırmızı şeytanlar"ın transfer siyahısında olan qolkiperlərdən biri "Qarabağ"ın keçmiş üzvü Asmir Beqoviçdir. Hazırda "Everton"da çıxış edən bosniyalı ikinci qapıçı kimi düşünülür.
 
"Mançester Yunayted"in digər alternativi isə Münhenqladbax "Borussiya"sının isveçrəli qapıçısı Yan Sommerdir.
 
Beqoviç 2019-cu ilin sentyabr ayından dekabradək icarə əsasında "Qarabağ"da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest