Futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov karyerasını "Neftçi" İK-da davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, EKOL komandası fəaliyyətini dayandırdıqdan sonra klubsuz qalan qolkiper "Neftçi" İK ilə anlaşıb. Müqavilə 2022-23-cü il mövsümünün sonuna qədər nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest