Emerik Lyaportun çıxışı "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanı məmnun salır. Matc.az saytının "Sky Sports"a istinadən məlumatına görə, bu səbəbdən 25 yaşlı müdafiəçiyə yeni müqavilə təklif olunub.

"Şəhərlilər" bununla bağlı fransalı futbolçu ilə danışıqlara başlayıb. Lyaportun sözləşməsi 2023-cü ilin yayına qədər olsa da, Premyer Liqa təmsilçisi bu müddəti daha da uzatmaqda maraqlıdı. Onlar hətta oyunçunun maaşını artırmağı da təklif edib. Tərəflərin ortaq məxrəcə gəlməsi gözlənilir.

Qeyd edək ki, Emerik Lyaport "Mançester Siti"yə ötən ilin yanvarında "Atletik"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest