İspaniyanın "Vilyarreal" klubu seneqallı hücumçusu Bulaye Dia ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu İtaliyanın "Salernitana" klubuna transfer olunub.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. A Seriyası təmsilçisi forvardı satınalma şərti ilə icarəyə götürüb. Bir mövsümlük icarə üçün İspaniya klubuna 1 milyon avro ödəniləcək. Mövsümün sonunda isə "Salernitana" əlavə 12 milyon avro ödəməklə futbolçunun transfer hüquqlarını da almalıdır. Dia yeni komandasında 29 nömrəli formanı geyinəcək.
 
Seneqal yığmasının da üzvü olan Bulaye Dia, 2021-ci ilin iyulundan "Vilyarreal"da çıxış edirdi. O, bu komandada 35 oyuna çıxıb, 7 qol vurub. Hücumçu daha öncə "Jura Sud" və "Reyms"də də forma geyinib. Seneqal millisində 17 oyun keçirmiş forvard, cəmi 2 qol vurub.
 
"Salernitana" ötən mövsüm "Venesiya"dan icarəyə götürdüyü müdafiəçi Paskuale Mazzokkinin də transfer hüquqlarını alıb. 27 yaşlı sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. Onun transferi yeni klubuna 1 milyon avroya başa gəlib. İtaliyalı futbolçu bu ilin əvvəlində icarəyə göndərildiyi "Salernitana"da 15 matça çıxmışdı. O, daha öncə "Venesiya" ilə yanaşı, "Peruca", "Parma", "Rimini" kimi klublarda da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest