Misli Premyer Liqasında III turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Turun mərkəzi matçında "Neftçi" "Sabah"la üz-üzə gəlib. Hər iki komanda bu mövsüm yüksək yerlər uğrunda mübarizə aparır. Amma üç qolun qeydə alındığı bu görüşdə "Sabah" qələbə qazanan tərəf olub.

Bu turun "Turan Tovuz" – "Qarabağ" oyunu Ağdam klubunun çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.

Misli Premyer Liqası
III tur
20 avqust

Sabah – Neftçi 2:1
Qol: A.İsayev, 78-pen. E.Apeh, 90+1-pen – Y.Laval, 45+2.
Matçın 37-ci dəqiqədə K.Sebalyos penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Masazır. "Bank Respublika Arena".

Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 8. Seymur Məmmədov, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. ömər Buludov, 2. Mert çelik, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest