Futzal üzrə Yüksək Liqanın XIX turunun oyunlarını iki futzalçı buraxacaq. Matc.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, son görüşdə liqanın bombardiri Hadi Rezvan ("Xəzər Cənub") və "Yasamal" İSK-nın kapitanı Vüsal Səfərov passivinə 4-cü sarı vərəqəni yazdırıb.

Bu səbəbdən hər iki oyunçu qarşıdakı turu buraxmalı olacaq. 4 futzalçı - Hamid Reza, Ali Abdollahi (hər ikisi "Neftçi" İK), Omid Nabat ("Xəzər Cənub") və Rövşən Hüseynli ("Araz") daha bir sarı vərəqə alsalar, cəzalı duruma düşəcəklər.

Qeyd edək ki, XIX turun oyunları fevralın 22-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest