"İkinci hissədə istədiklərimizi reallaşdıra bilmədik. Uşaqlar yoruldular. Fiziki baxımdan bir qədər axsayırıq. Rəqib bizi ancaq bu göstəricidə qabaqladı. Onlar fiziki gücün hesabına qələbə qazandılar".

"Maraqlı oyun alındı. Birinci hissədə biz üstün idik. Bu üstünlüyümüz sayəsində fasiləyə qalib yollandıq". Matc.az saytının məlumatına görə, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının qapıçısı Vladislav Reznov deyib.

Millimiz dünən yoxlama görüşündə Türkiyəyə 3:5 hesabı ilə məğlub olub. Reznov qarşılaşma ilə bağlı azfutzal.az saytına fikirlərini bölüşüb.

O, yenilgini yorğunluqla əlaqələndirib: "İkinci hissədə istədiklərimizi reallaşdıra bilmədik. Uşaqlar yoruldular. Fiziki baxımdan bir qədər axsayırıq. Rəqib bizi ancaq bu göstəricidə qabaqladı. Onlar fiziki gücün hesabına qələbə qazandılar. Onlarla bir oyunumuz da var. Səhvlərimizi analiz edib, düzəltməliyik. Adından da göründüyü kimi yoldaşlıq oyunudu. Martda bizi çətin sınaqlar gözləyir. Hamı bilir ki, Avropada zəif, asanlıqla udacağın komanda yoxdu. İndi əksər ölkələrdə futzala diqqət artıb, komandalar güclənməyə çalışırlar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest