"Səbrli olmaq lazımdır, komanda elitaya yeni yüksəlib. Getdikcə hər şey yoluna düşəcək, nəticələr də olacaq".

"Səbrli olmaq lazımdır, komanda elitaya yeni yüksəlib. Getdikcə hər şey yoluna düşəcək, nəticələr də olacaq". Matc.az xəbər verir ki, bu sözləri klubun mətbuat xidmətinə açıqlamasında "Kəpəz"in qapıçısı Kamran İbrahimov deyib.
 
Qolkiper arzulanan nəticələri qazanmaq üçün azarkeşlərindən vaxt istəyib: "Təqvimə əsasən ardıcıl üç oyun avrokuboklarda oynamış komandalara qarşı çıxış etməliyik. Əlbəttə, bizim üçün çətindir. 1-2 oyundan sonra nəyəsə qərar vermək olmur. "Neftçi" ilə görüşdə azarkeşlərin təzyiqini hiss etdim. Gələcək matçlarda yenə bizim yanımızda olsunlar, dəstək versinlər. Bunu onlardan xahiş edirəm. Söz verirəm ki, hər şey yaxşı olacaq".
 
Kamran "Neftçi" ilə oyunun nəticəsinə də toxunub: "Görüşün ağır keçəcəyini bilirdik. Amma nəticənin belə olacağını gözləmirdik. Qarşılaşmaya da yaxşı köklənmişdik, problem yox idi. Sadəcə, alınmadı. Nə etdiksə, nəticəsi olmadı".
 
23 yaşlı qapıçı çıxışı barədə də danışıb. Düşdüyü durumu bəxtsizliklə bağlayıb: "Futbolda belə bir şey var ki, deyirlər "sənin günün deyildi, nə etsən də, alınmayacaq". Düz deyirlər, hazırlığımda, motivasiyamda hər hansı bir problem görmürdüm. Oyunun qırılma nöqtəsi qısa vaxtda buraxılan 3 qol oldu. Qollardan sonra toparlana bilmədik. Əvəzedilməyi istəmədim, çünki meydanda qalıb komandaya kömək etməyi düşünürdüm. Əsas heyətdəki yerimi itirib-itirmədiyimi "Qəbələ"yə qarşı görüşdə görəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest