Futbol üzrə Polşa çempionatında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Korona" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
 
Anton Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Bu gün 24 yaşlı tamam olan futbolçunun adı matçın iştirak ərizəsinə də salınmayıb.
 
"Visla" 6 turdan sonra 16 xalla 18 iştirakçı arasında liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest