Almaniya Bundesliqasında 3-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha 6 qarşılaşma baş tutub.

"Volfsburq" - "Şalke" matçında qapılara qol vurulmayıb. "Union Berlin" doğma meydanda "Leypsiq"lə qarşılaşıb. üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

"Bayer" evdə "Hoffenhaym"a, "Ştutqart" "Frayburq"a, "Auqsburq" isə "Maynts"a uduzub. Turun ən maraqlı görüşlərindən biri Dortmund "Borussiya"sı ilə "Verder" arasında baş tutub. Meydan sahibləri 89-cu dəqiqəyə qədər 2:0 öndə olduqları bu matçdan xalsız ayrılıblar.

Almaniya Bundesliqası
3-cü tur
19 avqust

Borussiya (Mönhenqladbax) – Herta 1:0
Qol: Plea, 34-pen.

20 avqust

Borussiya (Dortmund) – Verder 2:3
Qol: Brandt, 45+2. Gerreyro, 77 – Buxanan, 89. Şmidt, 90+3. Burke, 90+5.

Bayer – Hoffenhaym 0:3
Qol: Baumqartner, 9. Kramariç, 35. Rutter, 78.

Volfsburq – Şalke 0:0

Ştutqart – Frayburq 0:1
Qol: Qrifo, 11.

Auqsburq – Maynts 1:2
Qol: Dəmiroviç, 35 – Onisivo, 31. Li, 90+3.

Union Berlin – Leypsiq 2:1
Qol: Sibaço, 32. Bekker, 38 – Orban, 83.

21 avqust

17:30. Ayntraxt – Köln
19:30. Bohum – Bayern

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest