Yunanıstanın "Olimpiakos" klubu futbolçusu Mamadu Kaneni icarəyə verib. Matc.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək.
 
Qvineyalı oyunçu mövsümün sonunadək "Pafos"da çıxış edəcək.
 
Mamadu Kane 2019-2021-ci illərdə "Neftçi"nin formasını geyinib. Afina təmsilçisi 2021-ci ilin yayında yarımmüdafiəçini 300 min avroya alıb. "Olimpiakos"la 4 illik müqavilə imzalayan Kane 2021/22 mövsümünün ilk yarısında da icarə əsasında "ağ-qaralar"ın uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest