İngilltərə Premyer Liqasının 3-cü turunun açılış matçında "Tottenhem" öz meydanında "Vulverhempton"la qarşılaşıb. Matc.az xəbər verir ki, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə sona çatıb.
 
Bu oyunda yeganə qolu 64-cü dəqiqədə İvan Perişiçin ötürməsindən sonra Harri Keyn vurub. Bu qol həm futbolçu, həm də komandası üçün əlamətdar olub.
 
Belə ki, "Tottenhem" ev oyunlarında vurduğu qolların sayını 1000-ə çatdırıb. London təmsilçisi bu qollardan 812-ni "Uayt Hart Leyn"də, 65-ni "Uembli"də, 123-nü isə hazırkı "Tottenhem Hotspur Stadionu"nda vurub.
 
Keyn isə Premyer Liqa tarixində bir klubun heyətində ən çox qol vuran (185) futbolçu olaraq tarixə düşüb. Bu rekord daha öncə "Mançester Siti"nin heyətində 184 qol vurmuş Serxio Aqueroya məxsus idi.
 
Harri Keyn "Tottenhem"in heyətində bütövlükdə 250 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest