Futbol üzrə Niderland birinci divizionunda 3-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Helmond"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
Ozan da bu gün görüşün iştirakçısı olub. O, bu görüşə start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib.
 
"Eyndhoven" 3 oyuna topladığı 9 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest