UEFA çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində çexiyada "Viktoriya" (Plzen) ilə "Qarabağ" arasında keçiriləcək cavab oyununun hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, UEFA həlledici qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadasına tapşırıb.
 
Oyunun baş hakimi FİFA referisi Artur Dias olacaq. Ona Rui Tavares və Paulo Soares kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabio Verisimo yerinə yetirəcək. VAR hakimləri Luis Qodinyo və Tyaqo Martins olacaq.
 
Avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest