AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Uels yığması yoldaşlıq görüşü keçirəcək. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Rayan Giqqz gələn ay komandasını sınayacaq.

Martın 21-də seçmə mərhələ oyunu keçirməyəcək Uels əvəzində yoldaşlıq görüşü üçün meydana çıxacaq. Ada təmsilçisi gələn ayın 20-də Trinidad və Tobaqo yığması ilə üz-üzə gələcək. Uels rəqibini Reksem şəhərində qəbul edəcək.

Qeyd edək ki, Uels qrupda ilk oyununu martın 24-də Slovakiyaya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest