AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Xorvatiya yığmasının 2019-cu ildə keçirəcəyi oyunların təqvimi açıqlanıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "damalılar" il ərzində 10 görüş keçirəcək.

Bunun 8-i seçmə mərhələ, 2-si isə yoldaşlıq görüşü olacaq. Dünya çempionatının gümüş mükafatçısı ilə Azərbaycana qarşı oyunla start götürəcək. Martın 21-dəki rəsmi matç Zaqrebdə baş tutacaq. Bunun ardından xorvatlar müvafiq olaraq Macarıstan (24 mart), Uels (8 iyun), Tunis (11 iyun), Slovakiya (6 sentyabr), Azərbaycan (9 sentyabr), Macarıstan (10 oktyabr), Uels (13 oktyabr) və Slovakiya (16 noyabr) ilə üz-üzə gələcək. Bunlardan yalnız Tunislə görüş yoldaşlıq görüşü çərçivəsində olacaq.

Millimizin rəqibi 2019-cu ilə noyabrın 19-da Gürcüstanla yoldaşlıq matçı ilə yekun vuracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest