Fransa Liqa 1-ində 3-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

"Strasburq" - "Reyms" və "Tuluza" - "Loryan" matçlarında qalib müəyyənləşməyib. "Klermon" evdə "Nitsa"nı, "Renn" isə "Ayaçço"nu məğlub yola salıb. "Anje" və "Monpelye" isə müvafiq olaraq "Brest" və "Oser"lə ev oyunlarından xalsız ayrılıb. çempion PSJ isə bu turda "Lill" ilə səfər oyununda darmadağına sevinib.

3 turdan sonra maksimum nəticə göstərmiş yeganə komanda – PSJ 9 xalla zirvədə qərarlaşıb. Marsel "Olimpik"i ilə "Lans" isə 7 xalla 2-3-cü yerləri bölüşdürürlər. Lion "Olimpik"i də 6 xalla 4-cüdür.

Fransa, Liqa 1
3-cü tur
19 avqust

Olimpik (Lion) – Trua 4:1
Qol: Lakazette, 3. Talyafiko, 46. Tete, 49; 75 – Tardye, 39-pen.

20 avqust

Monako – Lans 1:4
Qol: Badiaşile, 41 – Openda, 7. Maşado, 38. Fofana, 55-pen. Said, 78.

Olimpik (Marsel) – Nant 2:1
Qol: Mbemba, 71. Pallua, 82-öz qapısına – Blas, 78-pen.

21 avqust

Strasburq – Reyms 1:1
Qol: Djiku, 45+2 – Baloqun, 81.

Anje – Brest 1:3
Qol: Bufal, 70 – Duaron, 10; 38. Dari, 65.

Klermon – Nitsa 1:0
Qol: Xaui, 6.

Monpelye – Oser 1:2
Qol: Saxo, 39 – Da Kosta, 70. Autret, 75.

Tuluza – Loryan 2:2
Qol: Ratao, 31. Dallinqa, 64 – Loryente, 2. Kone, 80-pen. 

Renn – Ayaçço 2:1
Qol: Terrye, 18. Teate, 62 – El İdrissi, 57.

Lill – PSJ 1:7
Qol: Bamba, 54 – Mbappe, 1; 66; 86. Messi, 27. Hakimi, 39. Neymar, 43; 52. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest