İngiltərə klubları arasında futbolçularına ən çox maaş ödəyən klub "çelsi"di. Mat.az saytının yerli mətbuata istinadən məlumatına görə, 1992-93 mövsümündən etibarən Premyer Liqa adı verilən çempionatlar ərzində "zadəganlar" indiyə qədər 3,5 milyard funt-sterlinq xərc çəkib.

Bu mənada londonluların sahibi Roman Abramoviç amili böyük rol oynayıb. 2003-cü ildən "çelsi"yə başçılıq edən rusiyalı biznesmen həmin vaxtdan bəri oyunçulara ümumilikdə 2 milyard 760 milyon pul ödəyib. Bu mənada komanda rekordçudu. Onu 2,6 milyardla "Mançester Yunayted" izləyir.

"çelsi" Abramoviçin dönəmində 5 dəfə Premyer Liqanı (2004–05, 2005–06, 2009–10, 2014–15, 2016–17), 1 dəfə çempionlar Liqasını (2011–12), 5 dəfə İngiltərə Kubokunu (2006–07, 2008–09, 2009–10, 2011–12, 2017–18), 3 dəfə İngiltərə Liqa Kubokunu (2004–05, 2006–07, 2014–15), 2 dəfə də İngiltərə Superkubokunu (2005, 2009) qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest