"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 3-cü turunda "Sumqayıt"a qarşı keçirdikləri oyunun VAR hakimi Nicat İsmayıllıya müraciət edib. Matc.az xəbər verir ki, 40 yaşlı mütəxəssis bununla bağlı sosial şəbəkə hesabında post paylaşıb.
 
O, ədalət təmsilçisinin işindən narazılığını bildirib: "79-cu dəqiqədə Məhəmməd Hamdaui ilə Almir Aqanspahiçin toqquşmasına israrla penalti deyən, ondan bir saniyə əvvəl Sertan Taşkın və Vüsal İsgəndərli arasındakı mübarizədə qayda pozuntusunu baş hakimə göstərməyən VAR-da əyləşən Nicat qardaşım, bu epizodda heç bir qayda pozuntusu görmədin? Heç olmasa, yalandan da olsa, baş hakimə bir də bu epizoda baxmağı təklif edərdin. Yəni, pauza yaranacaq deyə narahat olmadığını oyunun 6 dəqiqəlik dayandırılmasında da hiss etdik və 1 dəqiqə də bu epizoda getsəydi, heç nə olmazdı. Maraqlıdır ki, şərhçi Nurlan Valehoğlu qayda pozuntusunu gördü, amma Nicat görmədi".
 
"Zirə" – "Sumqayıt" matçı qolsuz başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest