"Düzdü, ilk dəqiqələrdə bir qədər həyəcan var idi, ancaq sonradan toparlandıq və fasiləyə qədər hesabı xeyrimizə dəyişdik. Görünür, təcrübəsizlik ikinci hissədə meydana arxayın çıxmağımıza səbəb oldu. Sanki bir qədər boşaldıq. Zədələnən futzalçılarımız oldu".

"Bir həftəyə yaxındı təlim-məşq toplanışına yığışmışıq. Oyuna da həvəslə hazırlaşmışdıq. çünki doğma meydanda ilk oyunumuz idi". Matc.az saytı xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının üzvü Tofiq Hüseynov deyib.

Komandamız dünən türkiyəli həmyaşıdları ilə yoldaşlıq görüşündə üz-üzə gəlib və 3:5 hesablı məğlubiyyətə düçar olub.

Hüseynov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında meydana həyəcanlı çıxdıqlarını söyləyib: "Düzdü, ilk dəqiqələrdə bir qədər həyəcan var idi, ancaq sonradan toparlandıq və fasiləyə qədər hesabı xeyrimizə dəyişdik. Görünür, təcrübəsizlik ikinci hissədə meydana arxayın çıxmağımıza səbəb oldu. Sanki bir qədər boşaldıq. Zədələnən futzalçılarımız oldu. Rəqibimiz fiziki cəhətdən çox güclü idi. Korpusla rahat oynayırdılar. Topu qəbul edib, gövdələri ilə rahat dönürdülər. Bu cür oyunlarda nəticədən çox səhvləri görmək, analiz edib düzəltmək vacibdi".

Tofiq Hüseynov Avropa çempionatındakı rəqiblər barədə də fikir bildirib: "Avropa çempionatının oyunlarına qədər mütləq səhvlərimizi düzəltməliyik. çünki qrupumuzda Sloveniya, Hollandiya kimi təhlükəli komandalar var. Kipr ilkin mərhələdən vəsiqə qazansa da, zəif komanda deyil".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest