"Qarabağ"ın yarımmüdafiəçisi Abdulla Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb.

"Qarabağ"ın yarımmüdafiəçisi Abdulla Zubir UEFA çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün Plzendə baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bizi çətin oyun gözləyir. Rəqibi yaxşı analiz etmişik. Fiziki və taktiki baxımdan hazırıq. Sabah yaxşı nəticə ilə qrupa vəsiqə qazanmağa çalışacağıq".
 
30 yaşlı yarımmüdafiəçi heç vaxt çL-in qrupunda oynamadığını söyləyib: "Bu addımı atmaq üçün əlimizdən gələni edəcəyik".
 
Sabah Plzendə keçiriləcək "Viktoriya" - "Qarabağ" matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək. Bakıda keçirilmiş ilk oyun qolsuz bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest