İtaliya A Seriyasında 2-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günüdə 2 qarşılaşma baş tutub.

"Roma" doğma meydanda qarşılaşdığı "Kremoneze" ilə oyundan minial hesabla qalib ayrılıb. Səfərdə "Sampdoriya" ilə üz-üzə gələn "Yuventus" isə meydanı 1 xalla tərk edib.

2 turdan sonra "Napoli", "İnter" və "Roma" itkisiz irəliləyir. Bu komandalar 6 xalla ilk 3 pilləni bölüşür. "Yuventus", "Milan", "Atalanta" və "Fiorentina"nın isə 3 xalı var.

İtaliya A Seriyası
2-ci tur
20 avqust

Udineze – Salernitana 0:0

Torino – Latsio 0:0

Sassuolo – Leççe 1:0
Qol: Berardi, 40.

İnter – Spetsiya 3:0
Qol: Martines, 35. H.çalhanoğlu, 52. Korrea, 82.

21 avqust

Empoli – Fiorentina 0:0

Napoli – Monza 4:0
Qol: Kvaratsxeliya, 35; 62. Osimhen, 45+2. Kim, 90+3.

Bolonya – Verona 1:1
Qol: Arnautoviç, 21 – Henri, 43.

Atalanta – Milan 1:1
Qol: Malinovski, 29 – Bennaser, 68.

22 avqust

Roma – Kremoneze 1:0
Qol: Smollinq, 65.

Sampdoriya – Yuventus 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest