İngiltərə Premyer Liqasında 3-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

"Mançester Yunayted" doğma meydanda "Liverpul"la üz-üzə gəlib. üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar.

3 turdan sonra itkisiz irəliləyən yeganə komanda – "Arsenal" 9 xalla zirvədə qərarlaşıb. "Mançester Siti", "Tottenhem", "Lids" və "Brayton"un isə 7 xalı var. "çelsi" 4 xalla 12-ci, "Mançester Yunayted" 3 xalla 14-cü", 2 xalı olan "Liverpul" isə 16-cıdır.

İngiltərə Premyer Liqası
3-cü tur
20 avqust

Tottenhem – Vulverhempton 1:0
Qol: H.Keyn, 64.

Lester Siti – Sauthempton 1:2
Qol: Meddison, 54 – Adams, 68; 84.

Everton – Nottingem Forest 1:1
Qol: Qrey, 88 – Conson, 81.

Kristal Pelas – Aston Villa 3:1
Qol: Zaha, 7; 58. Mateta, 71 – Uotkins, 5.

Fulhem – Brentford 3:2
Qol: Rid, 1. Palinya, 20. Mitroviç, 90 – Nerqor, 44. Touni, 71.

Bornmut – Arsenal 0:3
Qol: Edeqor, 5; 11. Saliba, 54.

21 avqust

Lids – çelsi 3:0
Qol: Aaronson, 33. Rodriqo, 37. Harrison, 69.

Vest Hem – Brayton 0:2
Qol: Makallister, 22. Trossard, 66.

Nyukasl – Mançester Siti 3:3
Qol: Almiron, 28. Uilson, 39. Trippye, 54 – İ.Gündoğan, 5. Haland, 60. B.Silva, 64.

22 avqust

Mançester Yunayted – Liverpul 2:1
Qol: Sanço, 16. Reşford, 53 – Salah, 81.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest