Türkiyə Super Liqasında 3-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

"İstanbulspor" doğma meydanda "Konyaspor"a 4 cavabsız qolla uduzub. "Sivasspor" - "Alanyaspor" matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. "Fənərbaxça" isə "Adana Dəmirspor"u məğlub yola salıb.

3 turdan sonra 7 xala malik "Fənərbaxça", "Başakşəhər", "Beşiktaş" və "Qaziantep" zirvəyə şərikdir. "Antalyaspor", "Adana Dəmirspor", "Girəsunspor", "Qalatasaray" və "Trabzonspor"un isə 6 xalı var.

Türkiyə Super Liqası
3-cü tur
19 avqust

ümraniyəspor – Qalatasaray 0:1
Qol: Qomis, 86.

20 avqust

Hatayspor – Qaziantep 1:2
Qollar: El Kaabi, 31 – Fiqeyredo, 7. Yevtoviç, 49.

Girəsunspor – Kasımpaşa 1:0
Qol: Bayiç, 90.

Antalyaspor – Trabzonspor 5:2
Qollar: Fernando, 14. Rayt, 40-pen; 90+8. G.Bayrakdar, 81; 90+6 – Bardi, 45+5; 73.

21 avqust

Başakşəhər – Kayserispor 2:0
Qol: Şadli, 22. B.özcan, 50.

Beşiktaş – Fatih Karagümrük 4:1
Qol: Veqorst, 17. Nkudu, 34. Muleka, 50. Rozye, 90 – Diaqne, 53.

22 avqust

İstanbulspor – Konyaspor 0:4
Qol: E.çekici, 29. M.Dəmir, 44-pen. M.Yeşil, 56-öz qapısına. Gilyerme, 69-pen.

Sivasspor – Alanyaspor 1:1
Qol: Qradel, 45-pen – Dumbiya, 90+1.

Fənərbaxça – Adana Dəmirspor 4:2
Qol: Valensiya, 20; 41. Zayç, 47. Alioski, 83 – Belhanda, 56. Dzyuba, 66.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest