İspaniya La Liqasında 2-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

"Elçe" – "Almeriya" matçında qalib müəyyənləşməyib. Dörd qolun qeydə alındığı "Jirona" – "Xetafe" görüşü isə meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

2 turdan sonra itkisiz irəliləyən "Vilyarreal", "Real", "Betis" və "Osasuna" 6 xalla zirvəyə şərikdir. "Barselona", "Rayo Valyekano" və "Atletik"in isə 4 xalı var.

İspaniya La Liqası
2-ci tur

19 avqust

Espanyol – Rayo Valyekano 0:2
Qol: Palazon, 40. Siss, 59.

Sevilya – Valyadolid 1:1
Qol: Rekik, 86 – Anuar, 80.

20 avqust

Osasuna – Kadis 2:0
Qol: Avila, 37-pen. K.Qarsiya, 79-pen.

Malyorka – Betis 1:2
Qol: Muriki, 56 – İqlesias, 9-pen. 73-pen.

Selta – Real 1:4
Qol: Aspas, 23-pen – Benzema, 14-pen. Modriç, 41. V.Junior, 56. Valverde, 66.

21 avqust

Atletik – Valensiya 1:0
Qol: Berenger, 42.

Atletiko – Vilyarreal 0:2
Qol: Pino, 73. Moreno, 90+7.

Real Sosyedad – Barselona 1:4
Qol: İsak, 6 – Levandovski, 1; 68. Dembele, 66. Fati, 79.

22 avqust

Elçe – Almeriya 1:1
Qol: Kolyado, 30 – Sadiq, 23.

Jirona – Xetafe 3:1
Qol: Stuani, 42. Duarte, 47-öz qapısına. Kastelyanos, 64 – E.ünal, 73.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest