Rumıniyanın "Styaua" klubunun prezidenti Cici Bekali "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf haqda fikirlərini bildirib. Matc.az xəbər verir ki, "Pro Arena"ya açıqlama verən Bekali, rumın mütəxəssislə yolları ayrıldığına görə təəssüflənib.
 
Bekali 47 yaşlı baş məşqçinin "Styaua"ya rəhbərlik etdiyi dönəmdə komandanın daha inamlı təsir bağışladığını deyib:
 
"Həmin vaxtı kollektivdə özünəinam və cəsarət var idi. Komanda bütün rəqibləri təzyiq altında saxlayırdı. İndi isə sanki həmin ritm, futbolçular arasında qarşılıqlı əlaqə yoxdur".
 
Mövsümün əvvəlində "Neftçi"nin "sükanı arxasına" keçən Regekampf 2012-2014-ci illərdə "Styaua"ya rəhbərlik edib. Komanda rumıniyalı baş məşqçi ilə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest