çimərlik futbolu üzrə Azərbaycan milli komandasının İranın Yazd şəhərində təlim-məşq toplanışı başlayıb. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 26-dək davam edəcək hazırlıq prosesində milli üç yoxlama oyunu keçirəcək.
 
Milli komanda biri bu gün olmaqla 24 və 25 avqust tarixlərində İran yığması ilə daha iki yoxlama oyununda üz-üzə gələcək.
 
Toplanışda iştirak edən futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
 
Qapıçılar:
 
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
 
Oyunçular:
 
Comərd Baxşəliyev
Elşad Manafov
Amid Nəzərov
Orxan Məmmədov
Fuad Hüseynov
Emin Mehdiyev
Kamil Hüseynov
Bayram Paşazadə
İsa Zeynalli
Hüseyn Axundov
Sabir Allahquliyev
Tural Qurbatov
Ramil Əliyev
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest