Türkiyənin "Qalatasaray" klubu gənc qapıçısı Berk Balabanı icarəyə verib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı qolkiperi 2-ci liqa təmsilçisi "İskenderunspor"a icarəyə göndərib.
 
Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Berkin 2022/23 mövsümünün sonuna kimi icarədə oynayacağı diqqətə çatdırılıb.
 
Berk Balaban "Qalatasaray"ın öz yetirməsidir. O, əvvəlki mövsümlərdə "Ankaraspor" və "Niğde Anadolu" klublarında da icarədə oynayıb.
 
"Qalatasaray" digər gənc oyunçuları Işık Kaan Arslan və Eren Aydını da "Sarıyer" klubuna icarəyə verildiyini bəyan edib. Onlar da 2022/23 mövsümünün sonuna kimi icarədə olacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest