"Yaxşı oyun göstərmək istəyirik. Konfrans Liqasında olduğu kimi, burada da pley-offa vəsiqə qazanmaq niyyətindəyik".

"Pley-offa kimi gəlib çatsaq da, qrup mərhələsinə vəsiqə qazana bilmədik. Amma bu, futboldur, irəliyə baxmaq lazımdır". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
 
Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, çıxış edəcəkləri Avropa Liqasının qrup mərhələsində də güclü rəqiblər var: "Yaxşı oyun göstərmək istəyirik. Konfrans Liqasında olduğu kimi, burada da pley-offa vəsiqə qazanmaq niyyətindəyik".
 
Qeyd edək ki, "Qarabağ" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest