"Qapıçıya tərəf qaçanda əzələm yırtıldı. Qaça bilmirdim. Amma texniki zonaya işarə verməyə vaxtım yox idi"

"Qələbə qolunu vurduğum üçün xoşbəxtəm". Matc.az xəbər verir ki, bunu "Viktoriya" (Plzen) klubunun futbolçusu Yan Kliment çexiyada "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.
 
29 yaşlı çexiyalı hücumçu vurduğu qoldan 3 dəqiqə əvvəl zədələndiyini bildirib: "Qapıçıya tərəf qaçanda əzələm yırtıldı. Qaça bilmirdim. Amma texniki zonaya işarə verməyə vaxtım yox idi. Top gözləmədiyim anda önümə düşdü və qol vurdum".
 
Plzen təmsilçisinin müdafiəçisi Libor Holik bu qarşılaşmanı səbirsizliklə gözlədiyini söyləyib: "üç gün əvvəl matçda iştirak edəcəyimi bilirdim və buna hazırlaşırdım. çünki hər kəs belə görüşdə meydanda olmaq istəyir. Bu, karyeramın ən vacib oyunu idi".
 
Qeyd edək ki, komandalar arasında Bakıdakı ilk matçda qolsuz bərabərlik qeydə alınıb. "Viktoriya" UEFA çempionlar Liqasının, "Qarabağ" isə UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest