"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra paylaşım edib. Matc.az xəbər verir ki, 28 yaşlı qolkiper şəxsi "İnstagram" hesabında "Hamınıza təşəkkür edirəm, hamınızı çox sevirəm" yazıb.
 
Şahruddin Məhəmmədəliyev "köhlən atlar"ın buraxdığı birinci qolda irəli çıxaraq səhvə yol verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest