Türkiyənin "Fənərbaxça" klubu futbolçusu Maks Meyerlə yollarını ayırıb. Matc.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin sözləşməsi qarşılıqlı razılıq əsasında ləğv olunub.
 
Almaniyalı oyunçu ilə 2021-ci ilin sentyabrında 2 illik müqavilə imzalanmışdı. O, bu komandada cəmi 12 oyun keçirib.
 
Meyerin yeni iş yeri də məlumdur. O, İsveçrənin "Lutsern" klubu ilə müqavilə bağlayıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest