Bu gün Bakı vaxtıyla 19:30-da Bolqarıstanın Plovdiv şəhərində Avropa Minifutbol Federasiyasının (EMF) təşkil etdiyi minifutbol üzrə çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək. Matc.az xəbər verir ki, qitənin 15 ölkəsindən 24 komandanın qatılacağı turnir 31 avqust-4 sentyabr tarixlərində çernoqoriyanın Herseq-Novi şəhərində yerləşən "Polino Arena"da baş tutacaq.
 
Qeyd edək ki, komandalar hərəsində 4 komanda olmaqla 6 qrupa bölünəcəklər.
 
Xatırladaq ki, sayca beşinci dəfə keçiriləcək çL-də ölkəmizi bu mövsüm "Alfa Fire" liqanın son qalibi "Beerbaşa" komandası təmsil edəcək. Təmsilçimiz avqustun sonunda Bakı – İstanbul – Podqoritsa reysi ilə çernoqoriyaya yollanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest