İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, neapollular A Seriyasının digər təmsilçisi "Sassuolo"dan Cakomo Raspadorini heyətə qatıblar.
 
Bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. "Napoli" bir mövsümlük icarə üçün "Sassuolo"ya 5 milyon avro ödəyəcək. Futbolçunun transfer hüquqlarının alınması üçün isə əlavə 28 milyon avro ödəmək lazım gələcək.
 
Cakomo Raspadori "Sassuolo"nun öz yetirməsidir. İtaliyalı forvard 2019-cu ildən bu klubun əsas komandasında forma geyinirdi. O, bu komandada 81 oyuna çıxıb, 18 qola imza atıb. Raspadori İtaliyanın əsas yığmasında da 13 oyuna çıxıb, 3 qol vurub.
 
Yeri gəlmişkən, "Sassuolo" digər hücumçusu Domeniko Berardi ilə də yeni müqavilə bağlayıb. 28 yaşlı forvard 5 illik yeni sözləşməyə imza atıb. İtaliya yığmasının üzvü "Sassuolo"nun öz yetirməsidir və yalnız bu komandanın uğurları üçün çalışıb. 2013-cü ildə "Yuventus" onu transfer etsə də, burada əsas heyətə düşə bilməyən hücumçu yenidən "Sassuolo"ya qayıtmışdı. O, bu komandanın heyətində 328 oyuna çıxıb, 122 qol vurub. Berardi İtaliya yığması ilə 24 oyunda iştirak edib, 6 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest