Minifutbol üzrə çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən mərasimdə Azərbaycanın "Beerbaşa" komandasının də rəqibləri bəlli olub.
 
Azərbaycan təmsilçisi B qrupunda Rumıniyanın "AEK Oradea", Bolqarıstanın "DXC Technology" və çexiyanın "La Plate de Künde Praqa" komandaları ilə mübarizə aparacaq.
 
Qitənin 15 ölkəsindən 24 komandanın qatılacağı turnir 31 avqust-4 sentyabr aralığında Monteneqronun Herseq-Novi şəhərində yerləşən "Polino Arena"da keçiriləcək. Sayca beşinci dəfə keçiriləcək çL-də Azərbaycanı təmsil edəcək "Alfa Fire" liqanın son qalibi "Beerbaşa" avqustun sonunda Bakı-İstanbul-Podqoritsa reysi ilə sözügedən ölkəyə yollanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest