Bu həftə Topaz Premyer Liqasında XVIII turun oyunları baş tutacaq. Matc.az saytının məlumatına görə, "Qəbələ" öz meydanında "Keşlə" ilə üz-üzə gələcək.

Qarşılaşma fevralın 23-də baş tutacaq. Qəbələ şəhər stadionundakı matç "qırmızı-qaralar"ın paytaxt təmsilçisi ilə 48-ci oyunu olacaq. İndiyədək komanda "Keşlə" ilə 47 dəfə görüşüb.

Hesabında 15 qələbə olan "Qəbələ" digər oyunlarda 16 heç-heçə və eyni sayda məğlubiyyətlə üzləşib. Bu duellərdə ümumilikdə 110 qol vurulub. 50 dəfə rəqib qapısına yol tapan "qırmızı-qaralar" 60 qol buraxıb. "Keşlə" ilə oyunlarda "Qəbələ"nin ən məhsuldar oyunçusu 5 qola sevinən Daniel Subotiçdir. 

47 oyundan 42-si Premyer Liqa, 5-i kubok çərçivəsində baş tutub. çempionat matçlarında 12 dəfə qalib gələn "Qəbələ" 16 heç-heçə edib və 14 dəfə uduzub. Komanda 43 qol vurduğu bu qarşılaşmalarda 53 top buraxıb.

"Qəbələ" 24-cü dəfə "Keşlə"ni öz meydanında qonaq edəcək. Evdə üstünlüyə malik olan "qırmızı-qaralar" 8 qələbə qazanıb, 10 heç-heçə edib və 5 dəfə uduzub. Rəqib qapısından 27 top keçirən əyalət klubu 22 qol buraxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest