Polşa çempionatında 7-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Lodz "Vidzev"i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda cari mövsümdəki ilk məğlubiyyətini alıb – 1:2.
 
Anton Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
 
"Visla" 7 turdan sonra 16 xalla 18 iştirakçı arasında zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest