Türkiyənin "Ankaragücü" komandasının baş məşqçisi Mustafa Dalcı istefa verib. Matc.az xəbər verir ki, 49 yaşlı mütəxəssis ötən gün baş tutan "Fatih Karagümrük"lə səfər matçından sonra baş tutan mətbuat konfransında postundan ayrıldığını açıqlayıb.
 
Buna onun komandasının 1:4 hesablı məğlubiyyətlə üzləşməsi səbəb olub.
 
Mustafa Dalcı 2021-ci ilin yanvarından "Ankaragücü" komandasına rəhbərlik edirdi. Sözügedən kollektiv onun rəhbərliyi altında ötən mövsüm TFF 1-ci liqanın qalibi olaraq Super Liqaya vəsiqə qazanıb. Lakin Super Liqada bu mövsüm baş tutmuş 4 turdan sonra Ankara təmsilçisi cəmi 1 xal toplaya bilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest