Futbol üzrə Fransa çempionatında 4-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Nant" növbəti matçına çıxıb.

Futbol üzrə Fransa çempionatında 4-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Nant" növbəti matçına çıxıb.
 
Sözügedən komanda bu gün öz meydanında "Tuluza" ilə qarşılaşıb. İlk hissədən sonra 0:1 geridə olan "Qarabağ"ın rəqibi fasilədən sonra 3 qol vurmaqla əzmkar qələbə qazanıb.
 
Bu, sözügedən komandanın yeni mövsümdəki ilk qələbəsidir. 4 oyundan sonra 5 xalı olan "Nant" 20 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
 
"Qarabağ"ın "Nant"a qarşı ilk oyunu sentyabrın 15-də Bakıda, ikinci matçı isə oktyabrın 27-də səfərdə olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest