Futbol üzrə Almaniya 3-cü liqasında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Drezden "Dinamo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Nazarov da bu matçin iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb.
 
"Ersgebirge" 6 turdan sonra 3 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest