İngiltərə Premyer Liqasında 4-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha 3 qarşılaşma baş tutub.

"Vulverhempton" – "Nyukasl" matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Səfərdə "Aston Villa" ilə qarşılaşan "Vest Hem" turu qələbə ilə başa vurub. "Nottingem Forest"in qonağı olan "Tottenhem" də inamlı qələbəyə sevinib.

4 turdan sonra maksimum nəticə göstərən yeganə komanda – "Arsenal" 12 xalla zirvədə qərarlaşıb. "Mançester Siti", "Tottenhem" və "Brayton" 10 xalla liderin əsas izləyiciləridir. "Lids" və "çelsi"nin isə 7 xalı var. "Mançester Yunayted" 6 xalla 8-cid, "Liverpul" 5 xalla 9-cudur.

İngiltərə Premyer Liqası
4-cü tur
27 avqust

Sauthempton – Mançester Yunayted 0:1
Qol: B.Fernandes, 55.

Brentford – Everton 1:1
Qol: Yanelt, 85 – Qordon, 24.

Brayton – Lids 1:0
Qol: Qross, 66.

çelsi – Lester Siti 2:1
Qol: Sterlinq, 47; 63 – Barnes, 66.

Liverpul – Bornmut 9:0
Qol: L.Dias, 3; 85. Elliot, 6. Aleksander-Arnold, 28. Firmino, 31; 62. Van Deyk, 45. Mepam, 46-öz qapısına. Karvalyo, 80.

Mançester Siti – Kristal Pelas 4:2
Qol: B.Silva, 53. Haland, 62; 70; 81 – Stounz, 4-öz qapısına. Andersen, 21.

Arsenal – Fulhem 2:1
Qol: Edeqor, 64. Qabriel, 85 – Mitroviç, 56.

28 avqust

Aston Villa – Vest Hem 0:1
Qol: Fornals, 74.

Vulverhempton – Nyukasl 1:1
Qol: Neves, 38 – Sent-Maksimin, 90.

Nottingem Forest – Tottenhem 0:2
Qol: Keyn, 5; 81.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest