"Komandamın oyunundan razı qaldım. Oyunun dinamikası yüksək idi, hər iki komanda yaxşı mübarizə apardı. Mövsüm uzundur, "qopmayacağıq"

"İki fərqli hissə izlədik". Matc.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının IV turunda "Sabah"a doğma meydanda 0:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
 
42 yaşlı çalışdırıcı matçdan sonra fikrini bu sözlərlə davam etdirib: "Komandamın oyunundan razı qaldım. Oyunun dinamikası yüksək idi, hər iki komanda yaxşı mübarizə apardı. Mövsüm uzundur, "qopmayacağıq". Heç nə itirilməyib. "Qəbələ" öz iddiasından əl çəkməyib".
 
Baxşıyev geridə qalan həftə ərzində komandaya lazımınca məşq keçə bilməməsinin nəticəyə təsir etmədiyi qənaətindədir: "Peşəkar klubuq, məni əvəz edə bilcək layiqli məşqçilərimiz var. Mən bununla bağlamazdım. Sadəcə bu gün ilk qolu vuran qələbə qazanacaqdı".
 
O, ehtiyatda qalan müdafiəçi Murad Musayevin oynamamasın da aydınlıq gətirib: "Murad Musayevin mikrozədəsi var idi. Ona görə də ehtiyat etdik ki, zədəsi təzələnməsin".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest