Fransa çempionatında 4-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

"Nant" "Tuluza"nı, "Loryan" "Klermon"u, "Trua" "Anje"ni məğlub yola salıb. Səfərdə "Brest"lə qarşılaşan "Monpelye" 7 cavabsız qola sevinib. Marsel "Olimpik"i səfərdə "Nitsa"nı 3 cavabsız qolla məğlub edib.  Lion "Olimpik"i isə "Reyms"lə səfər oyununda xal itirib. 

Turun mərkəzi oyunu lider PSJ ilə "Monako" arasında baş tutub. Paris təmsilçisi bu matçda yeni mövsümdəki ilk xal itkisi ilə üzləşib.

4 turdan sonra 10 xalı olan PSJ, Marsel "Olimpik"i və "Lans" zirvəyə şərikdirlər. Lion "Olimpik"i, "Loryan", "Lill" və "Oser"in isə 7 xalı var.

Fransa, Liqa 1
4-cü tur
26 avqust

Ayaçço – Lill 1:3
Qol: Bayala, 84 – Y.Yazıcı, 17. C.Bamba, 43. Djalo, 67.

27 avqust

Oser – Strasburq 1:0
Qol: Perrin, 29.

Lans – Renn 2:1
Qol: Fofana, 66. Openda, 70 – Labord, 90+1.

28 avqust

Nant – Tuluza 3:1
Qol: Gessand, 50. M.Məhəmməd, 55. Simon, 61 – Abuxlal, 15.

Brest – Monpelye 0:7
Qol: Mauassa, 6. Vahi, 10; 31. Xazri, 11. Kotsa, 25. Jermen, 64; 84.

Loryan – Klermon 2:1
Qol: Moffi, 24; 41 – çam, 62.

Nitsa – Olimpik (Marsel) 0:3
Qol: A.Sançes, 10; 42. Tavares, 37.

Trua – Anje 3:1
Qol: Ripar, 12. Balde, 61. Odober, 82 – Dioni, 67.

Reyms – Olimpik (Lion) 1:1
Qol: İto, 24 – Dembele, 86.

PSJ – Monako 1:1
Qol: Neymar, 70-pen – Folland, 20.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest