"Səbail" tarixində 5-ci dəfə Premyer Liqada böyükhesablı qələbə qazanıb. Matc.az xəbər verir ki, bu, "Kəpəz"lə qarşılaşmaya təsadüf edib. Bakı klubu Misli Premyer Liqasının IV turunda 4:1 hesabı ilə qalib gəlib.
 
"Səbail" ilk dəfə ev oyununda 4 qol vurmağı bacarıb. Bunadək yalnız bir dəfə rəqib qapısına 4 dəfə yol tapan bakılılar 2018-ci ildə "Sabah"la səfər matçında qalib gəlmişdi – 4:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest